İspaniya klubu baş məşqçisi ilə vidalaşdı

İspaniyanın “Leqanes” klubu baş məşqçisi Xavyer Aqirre ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Meksikalı mütəxəssisin klubla müqaviləsinin müddəti başa çatıb. La Liqa klubu 61 yaşlı məşqçi ilə əməkdaşlığı davam etdirmək istəməyib. Bu üzdən də tərəflər ayrılmağa qərar veriblər.

Daha öncə Meksika, Yaponiya və Misir yığmalarını, eləcə də İspaniyada “Atletiko”, “Osasuna”, “Espanyol” klublarını çalışdırmış Aqirre, “Leqanes”ə 2019-cu ilin noyabr ayından etibarən rəhbərlik edirdi.

Aqirrenin dövründə mövsümü 36 xalla 18-ci pillədə başa vuran “Leqanes” La Liqanı tərk edib və növbəti mövsümdən Sequndada mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button