“Betis”dən “Mançester Yunayted”ə təklif

“Betis” hücumçu Antoni ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Hazırda braziliyalı futbolçunun transfer hüquqları “Mançester Yunayted”ə məxsusdur. “Betis” icarə müqaviləsinin müddətini daha bir mövsüm uzatmağı təklif edib. Yeni təklifdə həmçinin, 41 milyon avro dəyərində satınalma bəndi də yer alıb.

25 yaşlı forvard son mövsümdə “Betis”in avrokubok uğurlarında mühüm rol oynayıb. Komanda UEFA Konfrans Liqasının finalına qədər irəliləyib, burada “Çelsi”yə uduzub.

Antoni son mövsümdə ümumilikdə 40 oyunda meydana çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun bu göstəriciləri “Mançester Yunayted”in heyətində keçirdiyi 14 oyunla (1 qol) müqayisədə daha qənaətbəxşdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button