İspaniya klubu əməkdaşlarını kütləvi şəkildə işdən çıxardı

İspaniyanın “Malaqa” klubu koronavirus pandemiyası səbəbindən ciddi maliyyə böhranı ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə Sequnda klubunun rəsmi saytı məlumat yayıb.

Bu səbəbdən klub işçilərini kütləvi şəkildə ixtisar edib. Rəhbərlik işə qəbul haqqında qanuna uyğun olaraq işçilərin əmək müqavilələrini ləğv etmək və dayandırmaq qərarına gəlib: “Son bir neçə ay ərzində düşdüyümüz çətin iqtisadi vəziyyəti yüngülləşdirmək üçün müxtəlif tədbirlər görülür. İşçi heyətinin yenidən qurulması “Malaqa” futbol klubunu qorumaq üçün atılmış addımdır”.

Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də dayandırılıb. “Malaqa” 31 turdan sonra 38 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button