“Jirona” “Mançester Siti”nin 2 futbolçusu ilə maraqlanır

“Jirona” “Mançester Siti”nin iki futbolçusu – yarımmüdafiəçi Klaudio Eçeverri və müdafiəçi Vitor Reis ilə maraqlanır.

19 yaşı olan hər iki oyunçunun Pep Qvardiolanın komandasında sabit oyun praktikası qazanması çətin göründüyü üçün, “şəhərlilər” onları icarəyə göndərməyi planlaşdırır.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi artıq həm argentinalı, həm də braziliyalı futbolçunun icarəsi üçün danışıqlara başlayıb.

“Transfermarkt” Eçeverrini 18 milyon avro dəyərində qiymətləndirir. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. Onunla “Roma” da maraqlanır.

Vitor Reysin isə bazar dəyəri 30 milyon avrodur və onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button