İspaniya KİV-i: “Qarabağ” Juninyonu satmağa razılaşıb

“Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya” klubuna keçidi yekunlaşmaq üzrədir.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı forvardı satmağa razı olub. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Sevilya”nın “Qarabağ”a bonuslarla birlikdə 4 milyon avro ödəyəcəyi bildirilir. 28 yaşlı futbolçu La Liqa klubu ilə 2027 və ya 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

“Qarabağ” Juninyonu 2023-cü ilin yayında Portuqaliyanın “Şaveş” klubundan transfer edib. O, bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button