“Barselona”nın baş məşqçisi 2 oyunluq cəzalandırılıb
İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Barselona”nın baş məşqçisi Hans-Diter Fliki La Liqanın 16-cı turunun “Betis”lə oyununda (2:2) davranışına görə cəzalandırıb. Almaniyalı mütəxəssis hakimlə mübahisə etdiyinə görə qırmızı vərəqə alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Flik bu gün İntizam Komitəsinin qərarı ilə iki oyunluq diskvalifikasiya alıb. “Barselona”nın qərardan şikayət etmək üçün 10 günü var.
Flik “Barsa”nın yarımmüdafiəçisi Frenki de Yonqun hücumçu Vitor Rokeyə etdiyi kobud oyuna görə komandasının qapısına penalti təyin edildikdən sonra matçın baş hakimi Alexandro Ruislə mübahisə etməyə başlayıb. Hakimin hesabatında Flikin “texniki zonanı tərk etdiyinə, qışqırdığına, jestikulasiya etdiyinə, qərarlardan birinə etirazına görə” meydandan qovulduğu bildirilir.
Bizi Facebook-da izləyin