İspaniya hökuməti Avropa Super Liqasına qarşı çıxdı
İspaniya hökuməti Avropa Super Liqası layihəsinə qarşı çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə ölkənin tanınmış nəşri olan “Marca” məlumat yayıb.
Xəbərə görə, krallıq UEFA-nı dəstəkləyib və Avropa Birliyi məhkəməsinə Super Liqa ilə mübarizə üçün məktub yollayıb.
Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Real”, “Barselona” və “Atletiko”, İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FİFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar.
Bizi Facebook-da izləyin