İspaniya Futbol Federasiyası hakimlərlə bağlı bəyanat yayıb

İspaniya Kral Futbol Federasiyası (RFEF) son vaxtlar La Liqadakı çoxsaylı hakim qalmaqalları fonunda bəyanat yayıb.

Komanda.az xəbər verir ki, federasiya hakimlərin müdafiəsinə qalxıb:

“RFEF hakimlərə dəstəyini, həmrəyliyini və etibarını göstərmək istəyir. Biz həmçinin, VAR danışıqlarının müxtəlif audio yazılarının oğurlanmasını və yayılmasını qətiyyətlə pisləyirik. Çünki bu, məlumatların qorunmasının açıq şəkildə pozulmasıdır. Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

İspaniyalı hakimlər Avropada və bütün dünyada etalondur. Bunu hətta dünya çempionatı və ya Çempionlar Liqası kimi böyük turnirlərə hakimlərimizi təyin edən UEFA və FİFA da etiraf edir.

Hakimə hörmət futbol prosesinin bütün iştirakçıları üçün prinsip olmalıdır. Hakimlər bu idman növünün ayrılmaz hissəsidir və onlara layiq olan hörmət sosial davranışın mühüm nümunəsidir. Hakimlərsiz futbol yoxdur!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button