İspaniya millisi darmadağınla qalib gəldi, futbolçusu tarixə düşdü
İspaniya millisi UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində Ukrayna yığmasına 4:0 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, oyunda 3-cü qolun müəllifi olan Ansu Fati İspaniya millisinin tarixinə düşüb. Görüşün 32-ci dəqiqəsində fərqlənən futbolçu, millinin tarixində qol vuran ən gənc futbolçu olub. O, 17 yaş 311 günlüyündə fərqlənib.
İki oyundan sonra 4 xal toplayan İspaniya millisi A Liqasının 4-cü qrupunda liderlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin