“İspaniya çempionatının oyunları İspaniyada keçirilməlidir!”

“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın “Vilyarreal” – “Barselona” oyununun ABŞ-da keçirmək qərarının ləğv edilməsinə münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper bu qərardan məmnun olduğunu deyib:

“Bu qərardan məmnunam. İspaniya çempionatının oyunları İspaniyada keçirilməlidir! Hər kəs buna dəstək olmalıdır. La Liqanı dünyanın ən yaxşı çempionatı hesab edirsizsə, heç bir yerə getmək lazım deyil. Stadionlarımızı doldurmalıyıq”.

“Real” hazırda La Liqada 9 turdan sonra 24 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İkinci sırada 22 xalla “Barselona”, üçüncü pillədə isə 17 xalla “Vilyarreal”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button