39 yaşlı hücumçuyla yeni müqavilə
İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanluqueno” klubu ispan hücumçu Daniel Quizanın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı hücumçuyla müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Karyerası ərzində “Malyorka”, “Fənərbaxça”, “Xetafe”, “Kadis” kimi klublarda çıxış edən Quiza, 2017-ci ildən “Atletiko Sanluqueno”dadır. Forvard 21 dəfə də İspaniya milli komandasının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin