İspan futbolçudan “Mançester Yunayted”ə “yox” cavabı – 200 min tələb edir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ander Herreranın karyerasını PSJ-də davam etdirə biləcəyini xəbər vermişdik.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ispan futbolçu ilə müqavilənin müddətini uzatmaq istəsə də, tərəflər arasında fikir ayrılığı yaşanıb. Belə ki, Mançester təmsilçisi futbolçuya 3 illik anlaşma təklif etsə də, müqavilədəki rəqəm Anderin tələbindən aşağı olub. İspaniya millisinin üzvü həftəlik məvacibinin 80 min funt-sterlinqdən 200 minə qədər artırılmasını tələb etsə də, klub rəhbərliyi ona bu məbləği ödəmək fikrində deyil.

“Mançester Yunayted”lə müqaviləsi cari mövsümün sonunda bitəcək 29 yaşlı futbolçu, azad agent olaraq PSJ ilə müqavilə imzalaya bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button