İspan futbolçu üçün 53 milyon avro ödəməlidir – “Çelsi”

“Çelsi” “Brayton”un müdafiəçisi Mark Kukurella ilə maraqlanır.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, “zadəganlar” 23 yaşlı futbolçunun keçidi üçün 53 milyon avro ödəməlidir.

Daha əvvəl “Mançester Siti”nin ispan futbolçunu transfer etmək istədiyi, Kukurellanın bu keçidə razılıq verdiyi bildirilirdi.

Müdafiəçi ilə “Tottenhem” də maraqlanır.

Kukurella “Barselona”nın məzunudur. O, 2020-ci ilin yayında “Barsa”dan ayrılaraq “Xetafe”yə keçib, bir il sonra isə ispan müdafiəçi “Brayton”un oyunçusu olub.

Kukurella ötən mövsüm bütün turnirlərdə 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçu ilə “Brayton” arasındakı müqavilə 2026-cı ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button