İspan futbolçu rəsmən Almaniya klubunda
“Benfika”nın müdafiəçisi Alexandro Qrimaldo karyerasını Almaniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Bayer” rəsmi saytı vasitəsi ilə ispan futbolçunu heyətinə qatdığını açıqlayıb.
O, müddəti 2027-ci ilə qədər olan müqaviləyə qol çəkib.
Qeyd edək ki, 27 yaşlı Qrimaldo cari mövsüm “Benfika” forması ilə ümumilikdə 52 matça çıxıb. Bu qarşılaşmalarda 7 qol vuran arxa xətt oyunçusu 15 məhsuldar ötürmə ilə də yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin