İspan futbolçudan MY ilə bağlı etiraf: Yayda görüşüblər

İspaniyanın “Atletik” klubunun forvardı İnyaki Villiams “Mançester Yunayted”lə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, yay transfer pəncərəsi dövründə “qırmızı şeytanlar”dan təklif aldığını bildirib:

“Bu yay “Mançester Yunayted”lə görüşdüm. Danışıqlarımız uzun müddət davam etdi. Amma mənim üçün birinci seçim hər zaman “Atletik”dir”.

İspan futbolçu, “Real Sosyedad”da çıxış edə bilərsənmi” sualına belə cavab verib:

“Bu, heç vaxt ola bilməz. Yüz faiz əminəm, heç vaxt “Real Sosyedad” formasını geyinmərəm”.

2014-cü ildən “Atletik”in şərəfini qoruyan İnyaki, avqustda klubla müqaviləsinin müddətini 2028-ci ilədək artırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button