İsmayıl Məmmədov döyüldü, “Zirə” cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

U-16 Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Sabah”ın futbolçusu İslam Şahgəldiyev qarşılaşmanın 48-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılıb.

U-16 Liqasında keçirilən “Zirə” PFK – “Neftçi” PFK oyununda “Neftçi”nin məşqçisi İsmayıl Məmmədov hakimin qərarına kəskin etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb.

“Zirə” PFK – “Neftçi” PFK oyununda “Neftçi”nin məşqçisi İsmayıl Məmmədova “Zirə” PFK komandasının azarkeşləri tərəfindən fiziki təzyiq göstərildiyinə görə, “Zirə”nin növbəti 5 ev oyunu azarkeşsiz keçiriləcək. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq “Zirə” PFK komandası 500 manat cərimə edilib.

Həvəskarlar Liqasının “City Baku” – “Ulduz Mingəçevir” oyununda “Ulduz Mingəçevir” komandasının futbolçusu Namiq İbrahimli oyundan sonra hakimin qərarına kəskin şəkildə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığına görə 2 oyun cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button