Türkiyə millisində dəyişiklik: 9 futbolçu heyətdən çıxarıldı
İslandiya yığması ilə qolsuz bərabərə qalan və AÇ-2020-yə vəsiqəni təmin edən Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, baş məşqçi Şenol Günəş seçmə mərhələnin sonuncu turunda – Andorra ilə qarşılaşacaqları matçdan əvvəl 9 futbolçunu heyətdən çıxarıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bunlar Əmrə Bəlözoğlu, Burak Yılmaz, Cengiz Ündər, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mərt Günokdur. Bu oyunçuların əvəzinə yığmaya Əhməd Qutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldür dəvət olunub.
Noyabrın 17-də keçiriləcək Andorra – Türkiyə matçı saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin