İsland futbolçu Premyer Liqanın tarixinə düşdü

“Everton” İngiltərə Premyer Liqasının 28-ci turunda səfərdə “Kardiff Siti”ni məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Mersisayd təmsilçisinin futbolçusu Gilfi Siqurdsson üçün əlamətdar olub. Belə ki, sözügedən qarşılaşmada iki qolun müəllifi olan island futbolçu, Premyer Liqada vurduğu qolların sayını 56-ya çatdırıb.

Siqurdsson bununla da, İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran islandiyalı futbolçu ünvanını qazanıb. Bundan əvvəl sabiq “Çelsi”li Eydur Qudyonssen Premyer Liqada ən çox qol vuran island futbolçu idi. Keçmiş forvard aktivinə 55 qol yazdırıb.

2017-ci ildən “Everton”da forma geyinən Siqurdsson, bu mövsüm Premyer Liqada 27 oyunda iştirak edərək, 9 qol vurub. Onun Mersisayd təmsilçisiylə 2022-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button