İslamiadada Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşib

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İslam Həmrəyliyi Oyunları start götürəcək.

Komanda.az xəbər verir ki, 15 gün davam edəcək yarışda Azərbaycan boksçuları da mübarizə aparacaq.

Baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) şans verəcək.

Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcək. Ər-Riyadda Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) rinqə çıxacaqlar.

İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. Noyabrın 5-də start götürəcək döyüşlər beş gün sonra yekunlaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button