
İslamiada: Stolüstü tennisçilərdən uğurlu start
Qadın stolüstü tennisçilər İslamiadanın komanda yarışlarında mubarizəyə uğurla başlayıblar.
Stolüstü tennis federasiyasından Komanda.az-a verilən məlumata görə, ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşan Azərbaycan millisi 3:0 hesabı ilə qələbə qazanıb. Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib.
Komanda bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin