
İslamiada: Zaretska finalda
Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Komanda.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.
Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin