İslamiada: Azərbaycan üzgüçüsü çempion oldu
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.
Komanda.az xəbər verir ki, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.
O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
Bu, Azərbaycanın İslamiadada qazandığı 22-ci qızıl medaldır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin