
İslamiada: Azərbaycan millisi yarımfinalda məğlub olub
Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub.
Komanda.az xəbər verir ki, yığma bu raundda Misir seçməsi ilə üz-üzə gəlib.
Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cüt rəqibinə 5:8 hesabı ilə uduzub.
İslamiada noyabrın 21-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



