İslamiada: Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbolçulardan ibarət komandası ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi B qrupu çərçivəsində meydan sahibi Türkiyə yığması ilə qarşılaşıb.

Komandamız bu oyunda 19:29 hesabı ilə uduzub. Bu nəticədən sonra Azərbaycan millisi 3 komandanın yarışdığı qrupda sonuncu pilləyə düşüb.

Azərbaycan yığması qrupun son görüşündə avqustun 12-də Türkiyəyə 26:20 hesabı ilə qalib gəlmiş İranla qarşılaşacaq. Milli komandanın yarımfinala vəsiqə qazanması üçün mümkün qədər fərqli hesabla qalib gəlməsi lazımdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button