İslamiada: Azərbaycan millisi finala çıxa bilmədi
Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.
Komanda.az xəbər verir ki, komandamız “19 iyul” stadionunda təşkil olunmuş qarşılaşmada Türkiyə millisi ilə üz-üzə gəlib.
Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub. Bu qələbə sayəsində Türkiyə millisi finala çıxıb.
Digər yarımfinal görüşündə Səudiyyə Ərəbistanı Əlcəzairə 2:1 hesabıyla qalib gəlib.
Beləliklə, avqustun 16-da baş tutacaq finalda Türkiyə və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzairlə görüşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin