İslamiada: Azərbaycanlı hakim final oyununu idarə edəcək
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov bu gün qadın voleybolçular arasında keçiriləcək İslam Həmrəyliyi Oyunlarının final matçında Türkiyə – İran görüşündə ədaləti qoruyacaq.
Komanda.az xəbər verir ki, Zülfüqarov Türkiyənin Konya şəhərində təşkil olunacaq matçda əsas referi olacaq. Ona kamerunlu Reqin Um kömək edəcək.
Həmin matç saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin