İslamiada: Daha 3 güləşçi finalda
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Komanda.az xəbər verir ki, 55 kq-da Eldəniz Əzizli yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1 hesabı ilə qalib gəlib.
82 kq çəki dərəcəsində Rafiq Hüseynov finala gedən yolda türkiyəli Emrah Kuşanı mübarizədən kənarlaşdırıb – 2:1.
65 kq-da yarışan Elis Manolova isə yarımfinalda kamerunlu Berte Emilyeni 2:1 hesabı ilə məğlub edərək, adını finala yazdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin