
İslamiada: Azərbaycan qılıncoynatma millisi finalda
Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Komanda.az xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib.
Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin