İslamiada: Azərbaycan millisi qrupda qaldı

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizəni dayandırıb.

Komanda.az xəbər verir ki, yığmamız B qrupunun son oyununda İran seçməsi ilə qarşılaşıb.

Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş rəqibin 42:20 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra qrupda qalan Azərbaycan millisi İslamiada ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button