İslamiada: Azərbaycan millisi çempion oldu

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığmamız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi də İslamiadanın qalibi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button