İslamiada: Azərbaycan gimnastı çempion oldu
Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib.
Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.
Qeyd edək ki, İvan Tixonov ötən gün çoxnövçülükdə gümüş medal əldə edib. Bugünkü nəticələrdən sonra Oyunlarda Azərbaycan gimnastlarının qazandıqları medalların sayı 3-ə çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin