İslamiada: Azərbaycanın ağırlıqqaldırma millisinin ilkin heyəti bilindi
Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti məlum olub.
Azərbaycan Ağır Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, İslamiadada Azərbaycanı 10 atletin təmsil etməsi nəzərdə tutulub.
Qadınlar: Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Mum (76 kq);
Kişilər: Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran ismayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq).
İslamiadada ağırlıqqaldırma yarışları 11-15 avust tarixlərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin