İslamiada: Azərbaycan yığmasından bir qələbə, bir məğlubiyyət

Türkiyənin Konya şəhərində təşkil olunmuş İslam Həmrəyliyi oyunlarında stolüstü tennis yarışlarına start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın qadın stolüstü tennis komandası mubarizəyə uğurla başlayıb.

İlk oyunda Banqladeş seçməsi ilə qarşılaşan milli 3:0 hesabı ilə qələbə qazanıb. Ləman Əbdülhəmidova ilə Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyib.

Daha sonra Azərbaycan komandası Özbəkistan yığmasıyla üz-üzə gəlib. Komandamız bu görüşdə 0:3 hesablı məğlubiyyətə üzülüb. Azərbaycan millisi sabah İran tennisçiləri ilə üz-üzə gələcək.

Azərbaycanın kişi stolüstü tennis komandası isə bu gün Mavritaniya seçməsi ilə görüşməli idi. Lakin rəqib oyuna çıxmadığından, Azərbaycan millisinin aktivinə qələbə yazılıb. Seçmə komanda sabah Türkiyə və Uqanda milliləri ilə üz-uzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button