
İslamiada: Azərbaycan millisi qələbə qazandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarındakı dördüncü matçında qələbə qazanıb.
Komanda.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Əfqanıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin inamlı qələbəsi ilə bitib – 3:0 (25:7, 25:5, 25:9).
Yığma daha əvvəl İran və Tacikistan komandalarını 3:0 hesabı ilə üstələyib, Türkiyəyə isə eyni hesabla uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



