İslamiada: Azərbaycan millisi çempion, Həsənov ikinci oldu
Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Komanda.az xəbər verir ki, yığmamız yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olub. Bu rəqibinə də 45:34 hesabı ilə qalib gələn Azərbaycan sablyaçıları İslamiadanın qalibi olublar.
Azərbaycan şpaqaçısı Ruslan Həsənov isə finala qədər irəliləsə də, həlledici dueldə qırğızıstanlı Roman Petrova 12:15 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin