
İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisinin yarış təqvimi açıqlanıb
Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.
Komanda.az xəbər verir ki, təqvimə əsasən, Azərbaycan milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.
Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.
Milli komandanın oyun cədvəli:
4 noyabr
15:00. Azərbaycan Tacikistan
6 noyabr
15:00. Azərbaycan İran
9 noyabr
18:00. Azərbaycan Türkiyə
12 noyabr
15:00. Azərbaycan Əfqanıstan
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



