
İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisi ilk oyunda qələbə qazandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.
Komanda.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma İranla üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində gerçəkləşən qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 3:0 (25:11, 25:16, 26:24).
Azərbaycan millisi noyabrın 6-da Tacikistanla münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



