“İşləməyəndə xoşuma gəlmir” – Mourinyo

“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo gələcəklə bağlı planlarından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı məşqçi gələcəklə bağlı planlarında səbirli olmağa üstünlük verdiyini bildirib:

“Gələcək? Mən bilmirəm. Bir il məzuniyyət götürən insanları başa düşmürəm. İşləməyəndə xoşuma gəlmir. Mən sadəcə bunu etmək istəyirəm. Amma səbirli olmaq və düzgün fürsət tapmaq üçün vaxtım var”.

61 yaşlı mütəxəssisin son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Mourinyo bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leiriya” və “Benfika”nı da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button