İşləmək istəmir – 1 il dincələcək
“Tottenhem”in sabiq baş məşqçisi Antonio Konte məşqçilik karyerasına fasilə vermək qərarına gəlib.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis “Tottenhem”dən qovulduqdan sonra işə qayıtmağa tələsməyəcək və “Yuventus”un marağına baxmayaraq, bir il fasilə verəcək.
Konte şəxsi həyatında bir neçə dəfə yaşanan ağır sarsıntılardan sonra ailəsi və yaxınlarının əhatəsində olmaq istəyir. Bu yaxınlarda Kontenin özü öd kisəsinin çıxarılması üçün əməliyyat keçirməli olub.
Konte London klubunun futbolçuları və rəhbərliyi ilə mübahisələrdən sonra “Tottenhem”dən qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin