
İsko yeni müqavilə imzalayacaq
“Betis”in yarımmüdafiəçisi İsko klubu ilə müqaviləsini uzadacaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, yeni müqavilənin 2027-ci ilə qədər qüvvədə olacağı bildirilir. İspaniyalı futbolçunun maaşında dəyişiklik olmayacaq.
İsko bu mövsüm 17 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin