İsko Türkiyə klubuna keçə bilər

“Konyaspor” ispaniyalı yarımmüdafiəçi İskonu heyətinə qata bilər.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi “Real”ın sabiq futbolçusu ilə mümkün keçidin reallaşması üçün danışıqlar aparır.

Eyni zamanda, oyunçu ilə bir Qətər klubu da maraqlanır. Lakin İskonun həmin kluba keçidi real görünmür.

30 yaşlı oyunçu “Sevilya”dan ayrıldıqdan sonra azad agent statusu alıb. İsko 2022/23 mövsümündə İspaniya La Liqasında “Sevilya”nın heyətində 12 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ilin avqustunda “Sevilya” ilə sözləşmə imzalayıb. Həmin ilin dekabrında klubla müqaviləsini pozub. Buna səbəb klubun direktoru Ramon Monçi ilə ispaniyalı futbolçu arasında olan mübahisə və “Sevilya”nın turnir cədvəlindəki mövqeyi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button