İtaliyada oynamaqdan imtina etdi
“Real”dan ayrılan ispaniyalı yarımmüdafiəçi İsko İtaliya klublarında oynamaq istəmədiyini deyib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu “Roma” və “Milan” klublarına keçməkdən imtina edib. O, karyerasını İspaniyada davam etdirmək niyyətindədir.
“Hamınıza təşəkkür edirəm, tezliklə görüşərik. Yaşasın Madrid “
30 yaşlı futbolçunun “Real”la müqaviləsi 2021/2022 mövsümünün sonunda başa çatıb və yenilənməyib. O, “kral klubu”nda keçirdiyi 353 matçda 53 qol vurub, 56 məhsuldar ötürmə edib. İsko “Real”la 5 Çempionlar Liqası kuboku və üç ölkə çempionluğu da daxil olmaqla 19 kubok qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin