Keçmiş futbolçu İskonu “satdı”: “Daim “Barselona” haqqında danışırdı”
“Real”ın keçmiş futbolçusu Ruud van Nistelroy Madrid klubunun sabiq yarımmüdafiəçisi İskonun vaxtilə “Barselona”ya keçmək istədiyini deyib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, İskoya “Real”a keçməyi məsləhət gördüyünü bildirib:
“İsko daim “Barselona” haqqında danışırdı, amma mən ona “Real”a getməyi məsləhət görürdüm. Mən ona dedim: “Sən “Real”a gedəcəksən və orada Çempionlar Liqasını qazanacaqsan”.
Xatırladaq ki, hər iki futbolçu vaxtı ilə “Malaqa”da birgə çıxış edib.
Hazırda “Betis”də forma geyinən İsko 2013-cü ildə “Real”a keçib və 9 il “kral klubu”nda çıxış edib. Bu müddətdə futbolçu 5 dəfə Çempionlar Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin