İşıq dirəyi aşdı, “Turan Tovuz” – “Araz-Naxçıvan” matçı yarıda qaldı

Premyer Liqanın 18-ci turunun Tovuzda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarıda qalıb.

Komanda.az xəbər verir ki, buna qarşılaşmanın sonlarında Tovuz şəhər stadionunun işıq dirəklərindən birinin qırılaraq meydana aşması səbəb olub.

Buna Tovuzda əsən güclü külək səbəb olub. Təbii fəlakət səbəbindən hakimlər oyunu davam etdirməyiblər. Komandalar paltardəyişmə otağına göndəriliblər.

Hadisə baş verərkən “Turan Tovuz” hesabda 2:1 hesabıyla öndə olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button