“İşimizin nəticəsi bu gün qazandığımız qələbədir” – “İmişli”nin baş məşqçisi

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub. Səfərdə “Sabah”ın qonağı olan “İmişli” 1:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularımı təbrik edirəm. Biz çox böyük iş görmüşük. Bu işin nəticəsi bu gün qazandığımız qələbədir. İlk hissə çox çətin oldu. İlk dəqiqələrdən “Sabah” pressinq tətbiq etdi. Amma bunun qarşısını ala bildik. İkinci hissədə tamam fərqli oyun gördük. Bizim əks-hücuma çıxmağa çox şanslarımız oldu və nəticədə qalib gəldik. Rəqimiz çox təhlükəli komandadır. Biz qol vurduqdan sonra daha rahat oynamağa başladıq. Qalibiyyəti hiss edərək, daha motivasiyalı olmağa çalışdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button