“İşimiz hələ bitməyib” – Qvardiola

Futbol üzrə İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Mançester Yunayted”ə 3:1 hesabıyla qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, oyunla bağlı bunları deyib:

“İlk dəqiqələrdən sıx oynayırdıq, amma qol vurduqdan sonra daha yaxşı çıxış etməyə başladıq. Daha çox qol vura bilərdik, amma bu nəticədən də razıyıq. İkinci hissədə rəqib daha təhlükəli çıxış etdi. İnanılmaz oyun və fantastik nəticə oldu.

İlk oyunda qalib gəldik, amma cavab oyununda nələrin olacağını bilmirik. İşimiz hələ bitməyib. Rəqibimiz “Mançester Yunayted”dir, buna görə də, mərhələnin taleyinin həll olunduğunu demək olmaz. Bu komandanın keçən mövsüm Çempionlar Liqasında PSJ ilə oyunlarını xatırlamaq lazımdır. Öz meydanlarında 0:2 hesabıyla məğlub olsalar da, cavab oyununda qalib gələrək, mərhələni keçdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button