
İsgəndərlinin komandası xal itirsə də, zirvədə qaldı
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 16-cı tur çərçivəsində səfərdə “Teuta” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
İsgəndərli bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
“Eqnatiya” hazırda 34 xalla 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin