
İsgəndərlinin komandası evdə xal itirdi
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində evdə “Partizani” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb.
İsgəndərli bu matçın 76-cı dəqiqəsinə qədər meydanda olub.
“Eqnatiya” hazırda 27 xalla 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin