İsgəndərlinin komandası doğma meydanda xal itirdi
Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Eyupspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Vüsal da bu görüşün iştirakçısı olub. O, 54-cü dəqiqədə meydana buraxılıb.
“Keçiörengücü” 21 turdan sonra 23 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin