İsgəndərov Avropa kubokunda 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokunda 1/4 finala yüksəlib.

Komanda.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda ispaniyalı Adrian Krusa qalib gəlib.

Döyüş İsgəndərovun 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesablı üstünlüyü ilə yekunlaşıb. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.

29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq. Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5 kq) Lunes Hamraui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya), Eldar Quliyev (86 kq) isə Aleksey Alfiorovla (Belarus) döyüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button